İranda qadınlara xəbərdarlıq edildi


03:41     17 Noyabr 2015 basortusuz-arac-kullananlarin-arabasi-elinden-alin-1844339.Jpeg


İranda başı açıq gəzən qadın sürücülərə xəbərdarlıq edilib.

Femida.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İran hüquq-mühafizə orqanlarının rəsmisi Səid Müntəzir keçirdiyi mətbuat konfransında bildirib.

Səid Müntəzir qeyd edib ki, şəxsi maşınlarında hicaba riayət etməyən və ya başı açıq gəzən xanım sürücülər cəzalandırılacaq. Onlar ən azı 1 il müddətində avtomobil idarə etmək hüququndan məhrum olunacaqlar.

Xatırladaq ki, bir həftə ərzində paytaxt Tehranda 10 min qadına bu səbəbdən xəbərdarlıq edilib.

Açar sözlər:

Oxunub: 1052