Sabah Milli Məclisin plenar iclası keçiriləcək


14:38     07 Oktyabr 2019 milli-meclis.jpg

Milli Məclisin payız sessiyasının növbəti iclasının vaxtı müəyyənləşib.

Femida.az-ın əldə etdiyi məlumata görə, sabah - oktyabrın 8-də Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçiriləcək.

İclasın gündəliyi yaxın saatlarda açıqlanacaq.

Qeyd edək ki, iclas əvvəldən oktyabrın 18-nə təyin olunsa da, vaxt dəyişdirilərək, oktyabrın 8-nə keçirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 334