30 minədək balıq Kür çayına buraxılacaq
14:49 07 Oktyabr 2019
Neftçala rayonunda Kür çayına körpə nərə balıqları buraxılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Femida.az-a verilən məlumata əsasən, nazirlik və “Az Varvara” MMC-nin birgə təşkilatçılığı ilə Neftçala rayonunda nərə balıq körpələrinin Kür çayına buraxılması həyata keçirilib. Təşkil olunan mərasimdə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Neftçala rayon İcra Hakimiyyətinin, “Az Varvara” MMC-nin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak edib.
“Az Varvara” MMC-nin Balıqyetişdirmə Təsərrüfatında yetişdirilmiş çəkisi 40 qramadək olan minlərlə balıq körpəsi xüsusi avadanlıqlar vasitəsi ilə çaya ötürülüb. Qeyd edək ki, oktyabr ayının sonunadək ümumilikdə 30 minədək balıq körpəsinin Kür çayına buraxılması planlaşdırılır.
Bu cür tədbirlərin keçirilməsində məqsəd ölkənin təbii su hövzələrində balıq populyasiyasını tənzimləmək, balıq məhsullarını əhalinin təlabatına uyğunlaşdırılmaq və onların qorunmasının vacibliyini təşviq etməkdir. ETSN vətəndaşları balıq ehtiyatlarının qorunmasında yaxından iştirak etməyə, qadağan olunmuş vaxtlarda, qadağan olunmuş üsullarla balıq ovlamamağa, onları qorumağa və sivil qaydalarla balıq ovlanmasının təşviqinə dəstək verməyə çağırır.
Femida.az
Oxunub: 471
Oxşar xəbərlər
- 30 apreldən bu telefonlarda “WhatsApp” işləməyəcək - SİYAHI
- 30 min şəxsə əks göstəriş sertifikatı verilib
- 309 nəfəri “Yüksəliş” müsabiqəsinin yarımfinalına keçdi
- 300 hüquqşünas hakim olmaq üçün imtahan verəcək
- 30 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib
- 30 ildən sonra Şuşada ilk konsert proqramı
- 30 meyit və 2 mülki şəxs Ermənistana təhvil verildi
- Ədliyyə Nazirliyi: 300-ə yaxın hakimliyə namizəd Türkiyədə təlim keçib
- 302 avtomobil postlardan geri qaytarılıb
- 30 cinayətin üstü “isti izlər”lə açıldı