Bakıda 55 avtobus sürücüsü cəzalandırıldı - SƏBƏB
15:02 07 Oktyabr 2019
“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanundan irəli gələn bəzi məsələlərin icrası ilə bağlı həyata keçirilən layihə uğurla davam edir.
Bakı Nəqliyyat Agentliyindən Femida.az-a verilən məlumata görə, layihənin icra edildiyi 3-cü rübün sonunda sərnişinlərdən avtobus sürücülərinin sükan arxasında tütün məmulatından istifadə etməsi ilə bağlı ümumilikdə 149 müraciət daxil olub: "Bu müraciətlər əsasında müxtəlif müntəzəm marşrut xətlərində çalışan 55 nəfər avtobus sürücüsü barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tənbeh tədbiri görülüb. Eyni zamanda, rüb ərzində müvafiq inzibati xəta barəsində daha çox məlumat verən, tütün məmulatlarından istifadəyə qarşı mübarizə tədbirlərində Bakı Nəqliyyat Agentliyinə dəstək olan bir neçə sərnişin isə mükafatlandırılıb. Həmçinin, il ərzində daha aktiv ictimai fəallıq göstərən və xətalar barədə daha çox məlumat verən bir nəfər sərnişinə isə qiymətli hədiyyə təqdim edilib".
BNA bildirirki, tütündən istifadə edən avtobus sürücülərinə qarşı mübarizədə sərnişinlərin birbaşa iştirakına şərait yaradan layihənin artıq müsbət nəticələri hiss edilir. Belə ki, aparılan monitorinqlər zamanı müntəzəm marşrut xətləri üzrə avtobus sürücülərinin tütün məmulatından istifadə hallarında azalma müşahidə edilir.
Femida.az
Oxunub: 412
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb
- Bakıda yaşayış binasında yanğın olub, xəsarət alan var
- Bakıda faciə: Ölənlər var
- Bakıda 16 yaşlı gənc sinəsindən bıçaqlanıb