Hacı Zeynalabdin Tağıyevin heykəli bu tarixdə açıla bilər
15:26 07 Oktyabr 2019
“Hacı Zeynalabdin Tağıyevin heykəlinin açılışını Novruz bayramında etməyi düşünürük”.
Bunu Femida.az-a Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı keçirilən açıq heykəltəraşlıq müsabiqəsinin qalibi, Xalq rəssamı Xanlar Əhmədov deyib.
X.Əhmədov heykəlin hazırlanma prosesinin başlandığını bildirib: “Eskizdən sonra bir metr hündürlükdə işçi model hazırlanır, həmin model artıq hazırdır. Bundan sonra işçi model böyudülərək əsas ölçülər alınır. Yəqin ki, müəyyən maliyyə ayırmaları başlayandan sonra heykəlin materialı alınacaq və yeni ildən sonra quraşdırma işləri başlayacaq”.
Qeyd edək ki, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Bakı Şəhəri İcra Hakimiyyəti Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı keçirdiyi açıq heykəltəraşlıq müsabiqəsi başa çatıb. 26 layihə arasından Xanlar Əhmədovun layihəsi qalib seçilib.
Femida.az
Oxunub: 508
Oxşar xəbərlər
- Hacıqabul sakini bıçaqlanıb
- Hacı Zeynalabdin Tağıyevin heykəlinə zərər vuranların məhkəməsi başlayıb
- Hacıqabulda avtomobillər toquşub, xəsarət alanlar var
- Hacıqabulda zəncirvari qəza olub, xəsarət alanlar var
- Hacıqabulda yol qəzalarında 3 nəfər xəsarət alıb
- Hacıqabul sakini itkin düşüb
- Hacı İbrahim Nehrəmlinin qardaşına növbəti dəfə hökm oxunub
- Hacıqabulda itkin düşən 59 yaşlı qadın tapılıb
- Hacıqabulda qaydaları pozan COVID-19 xəstəsi barədə araşdırmalar aparılır
- Hacı Zeynalabdin Tağıyevin heykəlinə zərər vuran şəxslər həbs edilib