“Ford”la “KamAZ” toqquşdu, ölən var


16:33     07 Oktyabr 2019 19_10_07_1570450525.jpg

Biləsuvar şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az xəbər verir ki, qəza oktyabrın 5-də saat 9 radələrində qeydə alınıb.

Bakı şəhər sakini Mirzə Mirzəyev idarə etdiyi “Ford Tranzit” markalı yük avtomobili qarşıda gedən Lənkəran rayon sakini S.Bəşirovun idarə etdiyi “KamAZ” markalı avtomobilə vurub. Nəticədə M.Mirzəyev hadisə yerində ölüb, digər sürücü xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 379