Zaqatala sakinlərindən narkotik vasitə götürülüb - FOTO


16:50     07 Oktyabr 2019 19_10_07_1570451405.jpg

Zaqatala Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Muxax kənd sakini Vüsal Süleymanov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 3 ədəd kibrit qutusunda ümumi çəkisi 21 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib. V.Süleymanovun ətrafında davam etdirilən tədbirlərlə ona həmin narkotik vasitəni satan şəxsin həmkəndlisi İsmayıl İsayev olduğu müəyyən edilib.

Keçirilmiş tədbirlərlə İ. İsayev də şübhəli şəxs qismində saxlanılıb və onun yaşadığı ünvana baxış keçirilən zaman 9 ədəd sellofan torbada ümumi çəkisi 270 qrama yaxın qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 383