Polad Bülbüloğlunun qardaşına qarşı dələduzluq edən şəxsə daha bir cinayət işi açılıb


16:59     07 Oktyabr 2019 polad.jpg

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun qardaşı Çingiz Məmmədova qarşı dələduzluq edən şəxsə daha bir cinayət işi açılıb.


APA-nın məlumatına görə, araşdırmalar zamanı məhkum Nəsibov Məmməd Nəsiboviçin başqa cinayət əməlləri ortaya çıxıb. O, Qasımov Kənan Nəbi oğlu ilə birlikdə daha 3 nəfərə qarşı dələduzluq edib.

Cinayət işinin istintaqı başa çatıb və baxılması üçün Xətai rayon Məhkəməsinə göndərilib. İş hakim Bəxtiyar Məmmədovun icraatına verilib.

Qeyd edək ki, M. Nəsibov Çingiz Məmmədova Abşeronda yaşayış evi tikdirmək adı ilə onun 200 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Nəsibov 8 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Açar sözlər:

Oxunub: 506