Azərbaycan indiyədək türkdilli ölkələrin iqtisadiyyatına 15 mlrd. dollar yatırıb


18:20     07 Oktyabr 2019 19_10_07_1570452827.jpg

Bu yanvar-iyul aylarında Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 83% artaraq 38,6 mln. ABŞ dollarına çatıb.

Femida.az -ın məlumatına görə, bunu Daşkənddə keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv olan ölkələrin Biznes və İnvestisiya Forumunda çıxış edərkən Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev deyib.

Onun sözlərinə görə, 2018-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 43,9 mln. dollar təşkil edib ki, bu göstərici 2017-ci illə müqayisədə 46,3% çoxdur.

“Hazırda Azərbaycanda ticarət, sənaye, nəqliyyat, xidmət və digər sahələri əhatə edən Özbəkistan kapitallı 30-a yaxın şirkət, Özbəkistanda isə Azərbaycan kapitallı 80-ə yaxın şirkət fəaliyyət göstərir. Bununla belə, ticarət dövriyyəsinin və qarşılıqlı iqtisadi münasibətlərin inkişafı üçün münbit şərait mövcuddur. Hesab edirik ki, Özbəkistanla Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi ölkələrimizin real potensialını əks etdirmir. Hər iki ölkə bu sahədə əməkdaşlığı daha da genişləndirmək niyyətindədir”, - deyə M. Musayev qeyd edib.

Konfederasiyasının prezidenti əlavə edib ki, Azərbaycan türkdilli ölkələrin iqtisadiyyatına 15 milyard dollar sərmayə yatırıb və bu istiqamətdə işlər davam etdirilir.

Açar sözlər:

Oxunub: 411