Müsavat Partiyası qurultay keçirəcəyi yerin sahibi imtina edib
17:14 07 Oktyabr 2019
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının oktyabrın 12-də qurultayının Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən "Büllur" mərasim evində keçirilməsinə razılıq versə də, məkanın sahibi bundan imtina edib.
Bu barədə Femida.az-a Müsavat Partiyasının başqanının müavini Razim Əmiraslanlı məlumat verib.
"Qurultayın keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərək xahiş etmişdik ki, qurumun balansında olan 400-500 nəfərlik yer ayırsın. Təəssüflər olsun ki, icra hakimiyyəti belə yerin olmadığını qeyd etdi. Bildirildi ki, Müsavat Partiyası hər hansı yer təklif etsin, icra hakimiyyəti də müvafiq qərar versin. Biz Binəqədi rayonunda, 7-ci mikrorayonda yerləşən "Büllur" mərasim evi ilə danışıqlar apardıq, bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etdik, razılıq aldıq. Təəssüflər olsun ki, bu gün həmin mərasim evinin sahibi oktyabrın 12-də orada tədbir olacağını dedi. Bir sözlə, yeri verməkdən imtina etdi. Müsavat Partiyasının Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi məsələni müzakirə edir. Hələlik konkret qərarımız yoxdur”, - deyə o əlavə edib.
Femida.az
Oxunub: 517
Oxşar xəbərlər
- Müsavat başqanı da Prezident Administrasiyasına çağırıldı
- Müsavat Partiyasının funksioneri jurnalisti məhkəməyə verdi
- Müsavat və ReAl-çılar bir-birilərini təhqir etdi - SƏBƏB
- Müsavatın 15 nəfərlik piket cəhdi - FOTOLAR
- Müsavat funsksionerləri polisə çağırılıb
- Müsavatın 10 noyabr mitinqi keçirilməyəcək
- Müsavatın mitinq müraciətinə cavab verildi
- Müsavatdan Əli Kərimliyə mitinqlə bağlı SƏRT İRAD
- Müsavat Partiyasının qurultayı başa çatıb, Arif Hacılı başqan seçilib
- Müsavat Partiyasının IX qurultayı keçirilir