Bakıda küçənin ortasında törədilmiş dəhşətli qətlin VİDEOSU YAYILIB


22:24     07 Oktyabr 2019 19_10_07_1570472779.jpg

Bakıda kişi həyat yoldaşını küçənin ortasında bıçaqlayarq qətlə yetirib.


Femida.az verdiyi məlumata görə, ağır cinayət paytaxtın Binəqədi rayonu, Beynəlxalq Avtovağzalının yaxınlığında baş verib.
Məlumata görə, 27 yaşlı xanımı Leyla Abdullayevanı 20 bıçaq zərbəsi ilə öldürdüyü bildirilən Nicat Gömrük Xidmətinin əməkdaşıdır. Cütlüyün bu nikahdan 3 oğlan övladı olub, onlar hazırda azyaşlıdır. Gənc cütlük Nicatın atası Nazirin evində onlarla birgə yaşayıb. Qonşunun bildirdiyinə görə, Nicatın anası da gəlini ilə yaxşı münasibətdə olub və onlar heç vaxt səs-küylü, problemli ailə kimi tanınmayıblar. Bu vaxtda qədər də Nicat və Leyla arasında ayrılıq olmayıb.

Onun dindar, sakit təbiətli olduğu bildirilir. Qonşular Nicatın belə bir hadisə törətdiyinə inana bilmədiklərini deyirlər. Nicatla Leylanın evliliyindən əvvəl də qohum olan qudalar Biləcəri qəsəbəsində “dağlı” kimi tanınırlar. Leylanın ailəsi isə Yasamal rayonunda yaşayır. Hadisə vaxtı da Nicat atası Nazirlə birgə Leylanı öz atasının evinə aparırmış.

Məlumata görə, Nicatın Leylanı öldürməsinə səbəb olan və hələ ki açıqlanmayan hadisə onların evində başlayıb və buna görə də Nicat Leylanı atasıgilə aparmaq qərarına gəlib. Yolda elə maşında mübahisələri böyüyüb və Nicat atası Nazirin yanında bıçaqla Leylanın qıçından bir zərbə vurub. Bu zaman özünü xilas etmək istəyən Leyla maşından düşərək qaçıb. Atası Nicatı tutaraq “dəymə, vurma” deyərək baş verə biləcək daha faciəvi hadisənin qarşısını almağa çalışıb. Lakin Nicat atasını itələyərək onun əlindən çıxıb və əlində bıçaqla Leylanın arxasıcca qaçıb. Ona çatanda isə növbəti 19 bıçaq zərbəsini Leylaya vurub və 3 oğul anası olan 27 yaşlı qadın orada dünyasını dəyişib.

Hadisə ilə bağlı görüntü yayılıb. 18+ videonu təqdim edirik:


Açar sözlər: #qətl   #video   #kriminal  

Oxunub: 1709