Arvadını 20 bıçaq zərbəsi ilə öldürən Nicat gömrükdə işləyib? - AÇIQLAMA


10:16     08 Oktyabr 2019 19_10_08_1570515409.jpg


Oktyabrın 6-sı, axşam saatlarında arvadına 20 bıçaq zərbəsi vuraraq öldürməkdə təqsirləndirilən Nicat Abdullayevlə bağlı rəsmi açıqlama verilib.


Femida.az-ın verdiyi xəbərə görə, Dövlət Gömrük Komitəsi N.Abdullayevin gömrük xidmətində işlədiyi barədə məlumatı təkzib edib. DGK-nın İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov bildirib ki, N.Abdullayev gömrük orqanlarında çalışmayıb.

Xatırladaq ki, onun gömrükdə işləməsi haqda məlumatı Abdullayevin yaxınları açıqlamışdı.

Qeyd edək ki, 33 yaşlı Nicat 3 uşaq anası olan arvadı, 27 yaşlı Leyla Abdullayevanı Bakı Avtovağzalının yaxınlığında qətlə yetirib.

Femida.az

Açar sözlər:

Oxunub: 656