Məhbus intihara cəhd etdi - ŞƏKİDƏ


13:33     17 Noyabr 2015 346545.jpg


Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şəki cəzaçəkmə müəssəsində məhbus intihara cəhd edib. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə noyabrın 16-ı saat 16:30 radələrində baş verib.


Mingəçevir şəhər sakini, 1992-ci il təvəllüdlü Pərviz Ələddin oğlu Mirzəyev intihar etmək məqsədi ilə kəsici alətlə qarın boşluğuna xəsarət yetirib. 23 yaşlı məhbus qarın boşluğunun ön divarının kəsilmiş-deşilmiş, lakin daxilə nüfüz etməyən xəsarətlə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb.

Şəki RMX-dan verilən məlumatda bildirilir ki, yaralıya xəstəxanada lazımı tibbi yardım göstərildikdən sonra cəzaçəkmə müəssəsinə geri aparılıb.

Faktla bağlı araşdırma aparılır.(apa)

Açar sözlər:

Oxunub: 830