Bakıda 18 yaşlı oğlan bıçaqlanıb
10:35 08 Oktyabr 2019
Bakıda 18 yaşlı oğlan bıçaqlanıb.
Femida.az-ın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən "Fərid" marketin yaxınlığında baş verib.
Şəhər sakini, 2001-ci il təvəllüdlü Tural Babayev naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub.
Hüquq-mühafizə orqanları tərəfindən hadisə yerinə baxış keçirilib və hadisə törədən şəxsin kimliyi müəyyənləşdirilərək saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Binəqədi rayon Polis İdarəsində faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.
Femida.az
Oxunub: 380
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb
- Bakıda yaşayış binasında yanğın olub, xəsarət alan var
- Bakıda faciə: Ölənlər var
- Bakıda 16 yaşlı gənc sinəsindən bıçaqlanıb