Salyandan Bakıya gəldi - Sürücü döyüb pulunu aldı

Salyandan Bakıya gəldi - Sürücü döyüb pulunu aldı


11:34     08 Oktyabr 2019 2019/03/doyub-dava-doymek_1552288598.jpeg


Daxili İşlər Nazirliyinin “102” zəng-mərkəzinə müraciət edən Salyan rayon sakini F.Adışirinov oktyabrın 6-da saat 22 radələrində rayon ərazisində sərnişin qismində “Mercedes” markalı avtomobilə minərək Bakı şəhərinə gəldiyini, Yasamal rayonu ərazisində isə sürücünün onu döyərək 497 manatını aldığını bildirib.


Femida.az -a nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, DİN-in Təhlükəsiz Şəhər Xidməti, Əlahiddə Çevik Polis Alayı, Bakı şəhər Baş Polis İdarəsi və Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən, qeyd edilən nəqliyyat vasitəsinin sürücüsü, Cəlilabad rayon sakini S.Piriyev qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Yasamal rayon Polis İdarəsində araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 167


Oxşar xəbərlər