Bələdiyyə sədrindən qəribə açıqlama: " Ərim jurnalistlərə müsahibə verməyə icazə vermir"


12:05     08 Oktyabr 2019 2019/10/DSC_8634-(Копировать)_1570521722.jpg

Azərbaycanda qadın bələdiyyə sədri maraqlı açıqlaması ilə gündəmə gəlib.


Femida.az saytının əməkdaşı Tərtər rayonu,Seydimli kənd bələdiyyəsinin sədri İmanova Mədinə Əli qızı ilə kənd bələdiyyəsi barədə açıqlama almaq istəyərkən gözlənilməz cavabla qarşılaşıb. Xanım bələdiyyə sədri "ərim jurnalistlərə açıqlama verməyə icazə vermir. 10 ildir ki,işləyirəm. İndiyə kimi jurnalistlərə açıqlama verməmişəm", deyərək dəstəyi asıb.

Daha sonra sədr bildirib ki, o ancaq işə gedib,evə gəlir.

"Mən ictimai işlərdə iştirak etmirəm. Ancaq işə gedib, evə gəlirəm. Lazım olanda vətəndaşlarla görüşürəm."


Miri Məcidli
Femida.az

Açar sözlər: #Bələdiyyə_sədri   #Tərtər    

Oxunub: 5921