Salyanda restoranda yanğın


13:55     17 Noyabr 2015 yanginnnn5.jpg

Salyanda yanğın hadisəsi qeydə alınıb.


Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Salyan rayonunda vətəndaşa məxsus ümumi sahəsi 36 kv.m olan restoranın qazanxanasında tavanının atma taxtaları 25 kv.m sahədə yanıb.

Qazanxananın qalan hissəsi və ona bitişik ümumi sahəsi 84 kv.m olan restoran yanğından mühafizə olunub. Yanğın saat 03:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Açar sözlər:

Oxunub: 748