Tacikistan və Qırğızıstan "ASAN xidmət" modelinin ixracı ilə bağlı Azərbaycana müraciət edib
13:10 08 Oktyabr 2019
"Tacikistan və Qırğızıstan "ASAN Xidmət" modelinin ixracı ilə bağlı Azərbayana müraciət edib".
Femida.az xəbər verir ki, bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, hazırda ASAN xidmət modelinin tətbiqi ilə bağlı müraciət edən bəzi ölkələrlə danışıqlar aparırılır: "Bu yaxınlarda Özbəkistanla da saziş imzalamışıq. Bu, bizim beynəlxalq tərəfdaşlarımızla bağladığımız 12-ci müqavilədir. Bu ölkələrdən 10-da "ASAN xidmət" modelinin ixracı ilə bağlı işlərə başlamışıq. İxrac istiqamətində işlərimiz bundan sonra da davam edəcək. Təkcə "ASAN Xidmət" modeli ilə bağlı yox ümumiyyətlə Azərbaycanın elektron hökumət, İT həlləri proqramları artıq dünyaya ixrac olunur".
Femida.az
Oxunub: 525
Oxşar xəbərlər
- Tacikistanda KTMT ölkələrinin hərbi təlimləri başlayıb
- Tacikistan Prezidentinin bacısı və qaynanası koronavirusdan ölüb
- Tacikistanla toqquşmada ölən qırğızların sayı 31 nəfərə çatıb
- Tacikistanda COVID-19-a yoluxanların sayı artıb
- Tacikistan Prezidenti İlham Əliyevi təbrik edib
- Tacikistan - Özbəkistan sərhədində atışma: 15 silahlı məhv edildi
- Tacikistan-Qırğızıstan sərhədində vəziyyət gərginləşdi - Ölənlər var
- Tacikistanda zəlzələ olub
- Tacikistanda həbsxanada qiyam: ölənlərin sayı 32-yə çatdı
- Tacikistanda hicab qadağası