“Ağ dul”haqqında yeni dəhşətli faktlar (FOTO)


18:24     20 May 2015 samantha-lewthwaite-TOPIC3.jpg

“Ağ dul” ləqəbi ilə tanınan Böyük Britaniya sakini Samanta Lyusueyt, vaxtilə "Əş-Şəbab" terrorçu qruplaşmasının əsas fiqurlarından olduğu iddia edilir.


Samanta Lyusueyt ən azı 400 nəfərin ölümündə günahkar bilinir.

Somalili yüksək rütbəli bir məmurun "The Daily Mirror" qəzetinə verdiyi müsahibəsində deyilir ki, o "Əş-Şəbab"ın lideri Əhməd Umarın sağ əlidir:

“Ağ dul” Əş-Şəbab liderinin sağ əlidir. Onun Keniya və Somalidə baş vermiş bir çox partlayışlarda əli var. Üstəlik, o, sonradan "canlı bomba " olacaq qadın və yeniyetməri toplamaqla məşğuldur”.

Müsahibədə “Ağ dul” ləqəbli Samanta Lyusueytin ötən ay Keniya universitetində 148 nəfərin ölümünə səbəb olan terror aktında da əli olduğu deyilir.

Qeyd edək ki, 32 yaşlı Lyusueyt, dörd uşaq anasıdır. O, Böyük Britaniyada hərbiçi ailəsində anadan olub. 17 yaşı olarkən islamçı Cermen Lindsey ilə tanış olub. Üç ildən sonra isə ona ərə gedib. 2005-ci ildə Lindsey London metrosunda terror aktı törədib. Partlayış zamanı Lindseylə bərabər, 26 nəfər həlak olub. Lyusueyt iddia edir ki, bu hadisəyədək ərinin terror fəaliyyəti haqqında heç nə bilmirmiş.

Açar sözlər:

Oxunub: 1674