Yol polisləri vətəndaşın həyatını xilas ediblər


13:51     08 Oktyabr 2019 ypx.jpg


Hacıqabul Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları vətəndaşın həyatını xilas ediblər.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, polis əməkdaşları ərazidə xidmət apararkən avtomobili nasaz vəziyyətdə olan vətəndaş onlardan kömək istəyərək maşında bir qadının özünü pis hiss etdiyini bildirib. Polis əməkdaşları dərhal həmin qadını xəstəxanaya çatdırıblar. Tibbi yardım göstərildikdən sonra qadının səhhəti normallaşıb.

Femida.az

Açar sözlər:

Oxunub: 500