Dövlət Agentliyinin sədri vətəndaşlarla görüşüb - FOTO


14:10     08 Oktyabr 2019 2019/10/15705-1570527957_4711588464.jpg

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qəbul qaydalarına uyğun olaraq vətəndaşların növbəti qəbulunu həyata keçirib.


Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Femida.az-a verilən məlumata görə, qəbulda müraciətlər əsasən işlə təminedilmə ilə bağlı olub. Həmçinin müxtəlif ideya və təkliflər dinlənilib.

Müvafiq müraciətlər cavablandırılıb, həll edilməsi araşdırma tələb edən məsələlər ilə bağlı yazılı müraciət qeydə alınıb və aidiyyəti şöbələrin icraatına göndərilib.





Femida.az

Açar sözlər:

Oxunub: 391