Qaxda partlayış baş verən yer polis nəzarətinə götürüldü - Əraziyə ANAMA çağırıldı
14:11 08 Oktyabr 2019
Qax rayonu ərazisində partlayış baş verən ərazi polis nəzarətinə götürülüb.
Femida.az xəbər verir ki, əraziyə təhlükəsizlik səddi çəkilib və giriş-çıxış qadağan edilib. Hazırda rayon rəhbərliyi və hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerindədirlər. İlkin ehtimala görə, ərazidə partlayıcı maddə olub və partlayış da bu səbəbdən baş verib.
Məlumata görə, hadisə yerinə Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əməkdaşları (ANAMA) dəvət olunub. Agentliyin araşdırmalarından sonra hadisənin hansı səbəbdən baş verdiyi məlum olacaq.
Xatırladaq ki, bu gün səhər saatlarında Qax rayonu ərazisində qəfil partayış baş verib.
Hadisə nəticəsində ərazidə olan 6 nəfər xəsarət alaraq Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Femida.az
Oxunub: 523
Oxşar xəbərlər
- Qaxda 2 avtomobil toqquşub, xəsarət alanlar var
- Qaxda evdən 11 min manatlıq qızıl oğurlayan qardaşlar saxlanılıb
- Qaxda 68 yaşlı kişi at arabasından yıxılaraq ölüb
- Qaxda iş yoldaşının motosikletini oğurlayan şəxs saxlanılıb
- Qaxda qaydaları pozan 16 sürücü cərimələnib
- Qaxda axtarışda olan narkotacir tutulub
- Qaxda itkin düşən 57 yaşlı kişinin meyiti tapılıb
- Qaxda keçmiş polis əməkdaşı dəm qazından zəhərlənərək ölüb
- Qaxda cüyür ovlayan şəxs saxlanılıb
- Qaxda avtomobillər toqquşub, ölən var