Gürcüstanın Baş Naziri ilk rəsmi səfərini Azərbaycana edəcək


15:26     08 Oktyabr 2019 2019/10/605d9c6e1558c0d_1570534052.jpg

Gürcüstanın Baş Naziri Giorgi Qaxaria sabah Azərbaycana səfər edəcək.


Femida.az-ın xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, bu, Gürcüstan Baş Nazirinin ilk rəsmi səfəridir.

G. Qaxaria Azərbaycandan sonra, bazar günü Ermənistana səfər edəcək. Baş Nazirin bu ayın sonunda Türkiyəyə də səfəri planlaşdırılır.

Femida.az

Açar sözlər:

Oxunub: 424