Dağlıq rayonlara gecə reysləri açılmayacaq


15:56     08 Oktyabr 2019 2019/10/gece_reysleri_1570535868.jpg

"Dağ relyefli zonalara gecə reyslərinin açılması məqsədəuyğun hesab olunmur"

Bunu Femida.az-a açıqlamasında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova deyib. Onun sözlərinə görə, payız və qış mövsümündə gecə reysləri dağ relyefli zonalara və yolun gediş-gəlişində dar hərəkət zolağı olmayan istiqamətlərə nəzərdə tutulub.

“Hazırda "Qırmızı Körpü" və Gəncə istiqamətində gecə reysləri var. Bir neçə gün sonra Tərtər və Mingəçevr istiqamətlərini də aktivləşdirməyi düşünürük. Bu istiqamətlərdə marşrut müəyyən olsa da, reyslər fəaliyyətə başlamamışdı. Payız və qış mövsümündə gecə reysləri testdən yaxşı çıxarsa, o zaman mart ayı üçün yeni daşıyıcılar və yeni istiqamətlər müəyyən edə bilərik. Bununla bağlı artıq DANX olaraq bütün regional avtovağzal və avtostansiyalarda, o cümlədən, Bakı Beynəlxalq Avtovazalında sorğu keçiririk",

N.Allahyarova əlavə edib ki, sorğunun nəticələrinə əsasən, yol infrastrukturu nəzərə alınmaqla mart ayından sonra yeni istiqamətlərə gecə reysləri açıla bilər.


Femida.az

Açar sözlər:

Oxunub: 488