İmişlidə 49 yaşlı qadın bıçaqlandı


16:35     08 Oktyabr 2019 metro%20bicaq4.jpg

İmişli rayonunda 49 yaşlı qadın bıçaqlanıb.


"Report"un məlumatına görə, hadisə Bəhrəmtəpə qəsəbəsində qeydə alınıb.

Belə ki, həmin qəsəbənin sakini, 1970-ci il təvəllüdlü Ayna Əli qızı Əliyevaya yaşadığı mənzildə naməlum maskalı şəxs və ya şəxslər bıçaqla xəsarət yetirib. Yaralı sağ kürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə İmişli Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 642