Xəzərdə 4 balıqçı itkin düşüb


16:47     08 Oktyabr 2019 2019/10/ec5a8245-c81f-4480-acbe-547d2b8dbc9a_1570538853.jpg


Azərbaycanda 4 balıqçı itkin düşüb.


Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən Femida.az-a bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, oktyabrın 8-də gecə saatlarında, Bakı şəhərinin Pirallahı rayonundan, balıq tutmaq məqsədi ilə 4 balıqçı dənizə çıxıb və təyin olunan vaxtda geri qayıtmayıblar.

Axtarışlara FHN-in Aviasiya Dəstəsinin bir helikopteri cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Əlavə məlumat veriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 3194