Azərbaycanla Aİ arasında məsləhətləşmələr keçiriləcək
19:26 08 Oktyabr 2019

Oktyabrın 11-də Azərbaycana Avropa İttifaqının (Aİ) yüksək səviyyəli nümayəndə heyəti gələcək.
Femida.az Aİ-nin Bakı nümayəndəliyinə istinadən xəbər verir ki, Avropa Komissiyasının qonşuluq və genişlənmə müzakirələri üzrə baş direktorluğunun regional proqramlar bölməsinin rəhbəri Vasilis Maraqosun başçılığı ilə nümayəndə heyəti Bakıda "Şərq Tərəfdaşlığı" proqramının gələcəyinə dair struktur məsləhətləşmələrində iştirak edəcək.
Aİ-nin Azərbaycandakı nümayəndəliyi ilə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçiriləcək tədbirdə rəsmi şəxslər, Milli Məclisin üzvləri, ali təhsil ocaqlarının və vətəndaş cəmiyyətinin nümayəndələri, gənc fəallar, media təmsilçiləri iştirak edəcək.
Sözügedən məsləhətləşmələr Aİ-nin üzv və tərəfdaş ölkələri arasında bu ilin mayında "Şərq Tərəfdaşlığı" proqramının 10-cu ildönümünə həsr olunmuş yüksək səviyyəli konfransında başlamış qeyr-rəsmi fikir mübadilələrinin bir hissəsidir.
Femida.az
Oxunub: 161
Oxşar xəbərlər
- Azərbaycanla əməkdaşlıq sazişi təsdiqləndi
- Azərbaycanla Qazaxıstanı birləşdirəcək TransXəzər optik magistralının tikintisinə başlanılıb
- Azərbaycanla Qazaxıstan arasında miqrasiya sazişi təsdiqləndi
- Azərbaycanla Litva arasında daha bir saziş təsdiqləndi
- Azərbaycanla BƏƏ arasında ticarət dövriyyəsi 22 faiz artıb
- Azərbaycanla İsveç arasında siyasi məsləhətləşmələr aparılıb
- Azərbaycanla ABŞ arasında miqrasiya sahəsində əməkdaşlıq müzakirə edilib
- Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 1 milyard dolları keçib
- Azərbaycanla Türkiyə arasında iqtisadi protokol imzalanıb
- Azərbaycanla Ermənistan xarici işlər nazirlərinin daha bir görüşü nəzərdə tutulur