Diaspor könüllüləri Tural Gəncəliyev ilə görüşüb
18:45 08 Oktyabr 2019
Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyev ilə "Azərbaycan Diaspor Könüllüləri" proqramının bir qrup iştirakçısının görüşü keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Femida.az-a verilən məlumata görə, görüşün keçirilməsində məqsəd gəncləri Dağlıq Qarabağ mövzusu haqqında məlumatlandırmaq olub.
Görüşdə Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyev və əməkdaşları, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı, “Azərbaycan Diaspor Könüllüləri” proqramının Koordinatoru Bəxtiyar Rəhimov, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Fərəh Tuncay Şəms, o cümlədən Ermənistan tərəfindən ölkəmizin işğal altında saxlanılan rayonlarının gəncləri iştirak edib.
Görüşdə Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyev gənclərimizə Qarabağ haqqında məlumat verib. Bununla yanaşı, dağıdılmış tarixi abidələr, Qarabağ atları haqqında video çarxlar nümayiş etdirilib və gənclərimizi maraqlandıran suallar cavablandırılıb.
Bəxtiyar Rəhimov gənclərlə görüş üçün Tural Gəncəliyevə minnətdarlığını bildirərək Qarabağ mövzusunda bu kimi görüşlərin keçirilməsinin vacibliyini qeyd edib, növbəti görüşləri işğal altında olan torpaqlarımızda, Şuşada keçirməyi arzulayıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 1 fevral tarixli Azərbaycan Gənclər Gününə həsr olunmuş Respublika toplantısında söylədiyi “Mənim də tövsiyəm ondan ibarətdir ki, gəncləri dövlət təşkilatları önə çəksinlər. Çünki gənclərin həm potensialı, həm fəallığı, həm də məsələlərə yeni baxışları cəmiyyət üçün çox lazımdır. Bütün dövlət təşkilatlarına tövsiyə etmişəm ki, könüllüləri cəlb etsinlər” fikirlərə əsaslanaraq “Azərbaycan Diaspor Könüllüləri” adlı proqram həyata keçirir.
Femida.az
Oxunub: 639
Oxşar xəbərlər
- Diaspor Komitəsinin şöbə müdiri işdən çıxarılıb, mətbuat katibinə yeni vəzifə verilib
- Diaspor nümayəndələri Cıdır düzündə Azərbaycan bayrağını dalğalandırıblar
- Diaspor Komitəsi Polşada ölən azərbaycanlı barədə açıqlama yaydı
- Diaspor Komitəsi Ukraynadakı azərbaycanlılara müraciət etdi
- Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə yaşayan azərbaycanlılara müraciət edib
- Diaspora Komitəsi xaricdəki azərbaycanlılara müraciət etdi
- Diasporla İş üzrə Dövlət Komitəsi dünya azərbaycanlılarına müraciət etdi
- Diaspor Komitəsindən qərar: Düşərgə gənclər üçün ödənişsiz olacaq
- Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinə yeni səlahiyyət verildi
- Diaspor rəhbəri elmlər doktoru oldu - FOTO