18 yaşlı gənci "tok" vuraraq öldürdü - Qubada


09:09     09 Oktyabr 2019 tok%20vurub.jpg


Quba rayonunda 18 yaşlı gənc ehtiyatsızlığın qurbanı olub.


Hadisə Yerfi kəndində baş verib.

Belə ki, kənd sakini, 2001-ci il təvəllüdlü Cabir Barat oğlu Babayev çöldə atası ilə qoyun otararkən əlindəki çubuğu alçaqdan keçən elektrik xəttinə vurub. Nəticədə C.Babayevi cərəyan vurub. O, hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 559