Nazirliyə suallarınızı canlı yayımdan verə biləcəksiz


09:48     09 Oktyabr 2019 19_10_09_1570600099.jpg

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ictimaiyyətə daha açıq olmaq və vətəndaşların suallarını operativ şəkildə cavablandırmaq üçün bu həftədən etibarən rəsmi Facebook səhifəsində canlı yayıma start verir.


Femida.az xəbər verir ki, sosial sahədə aparılan islahatlarla bağlı vətəndaşları maraqlandıran bütün suallara canlı yayımda, “Sosial saat”da aydınlıq gətiriləcək.

Nazirlik hər həftə sosial sahə üzrə yeni mövzu və qonaqlarla rəsmi “Facebook” səhifəsi izləyicilərinin qarşısına gələcək. Beləliklə, izləyicilər sosial sahə ilə bağlı onları maraqlandıran suallarını birbaşa canlı yayımda ünvanlaya biləcəklər.

Hər dəfə növbəti canlı yayımın mövzusu və qonaq barədə izləyicilərə əvvəlcədən məlumat veriləcək.

“Sosial saat” - hər həftənin cümə axşamı saat 11-də yayımlanacaq.

Femida.az

Açar sözlər: #ƏƏSMN  

Oxunub: 479