Bakı sakini narkotikdən ölüb


11:08     09 Oktyabr 2019 19_10_09_1570604907.jpg

Bakıda narkotik istifadəçisi ölüb.

Femida.az -ın məlumatına görə, Nizami rayon sakini, 1989-ci il təvəllüdlü Məlikov Elnur Dilavər oğlunun halı anidən pisləşərək Kliniki Tibbi Mərkəzə çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, E.Məlikovun həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə, E. Məlikov narkotik maddə istifadəçisi olub. Onun narkotik vasitədən zəhərləndiyi ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 333