Yarımtikilidə kişi meyiti tapıldı


11:29     09 Oktyabr 2019 korpe_meyiti42.jpg

Cəlilabadda yarımtikilidə kişi meyiti aşkarlanıb.

APA-nın məlumatına görə, rayonun İ. Şıxlı küçəsində yerləşən avtomobil yolunun kənarında yerləşən yarımtikilinin yanında kişi meyiti aşkar edilib.

Araşdırmalar zamanı meyiti tapılan şəxsin, 1973-cü il təvəllüdlü Mehman Zeynalov olması müəyyən edilib.

Fakla bağlı Cəlilabad rayon Prokurorluğunda araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 453


Oxşar xəbərlər