Bakıda ikinci Azərbaycan xalq mahnıları festivalı başlayır

Bakıda ikinci Azərbaycan xalq mahnıları festivalı başlayır


11:21     09 Oktyabr 2019 2019/10/_1536660997_1570605800.jpg

Bu gündən ikinci Azərbaycan xalq mahnıları festivalına start veriləcək.


Femida.az-ın məlumatına görə, festivalın açılış mərasimi Beynəlxalq Muğam Mərkəzində baş tutacaq. Konsertə giriş sərbəstdir.

Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Dövlət Akademik Filarmoniyası, Mədəniyyət Nazirliyinin Elmi-Metodiki və İxtisasartırma Mərkəzi, AMEA-nın Folklor İnstitutunun iştirakı ilə reallaşacaq festival milli-mənəvi dəyərlərin təbliğinə xidmət edir. Festival çərçivəsində xalq mahnıları üzərində illərlə tədqiqatlar aparan musiqişünasların çıxışlarından ibarət elmi simpozium, Xalq Çalğı Alətləri Ansambllarının çıxışı, vokal gecələrinin keçirilməsi nəzərdə tutulur.

Azərbaycan xalq mahnılarından ibarət festivalın keçirilməsində məqsəd radiomuzun Qızıl Fondunda olan, eyni zamanda, regionlarda illərcə nəsildən-nəsilə ötürülən xalq mahnılarını tamaşaçılara təqdim edilməsidir.

Oktyabrın 13-dək davam edəcək festivalda məşhur musiqiçilərlə yanaşı, gənc və peşəkar ifaçıların da çıxışları nəzərdə tutulur.

Festivalın bədii rəhbəri Əməkdar artist, “Mədəniyyət” kanalının direktoru Ramil Qasımov, baş koordinatoru Bəhruz Niftəliyev, koordinatoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızıdır.

Femida.az

Açar sözlər:

Oxunub: 170