ABŞ səfirliyindən “Greencard”la bağlı XƏBƏRDARLIQ
11:48 09 Oktyabr 2019
ABŞ-ın Azərbaycandakı səfirliyi 2021-ci ilin “Greencard” viza proqramı ilə bağlı saxtakarlıqların edilməsi barədə xəbərdarlıq yayıb.
Səfirlik bildirib ki, “Greencard” ərizəçilərinə saxta elektron poçt və məktubların sayı əhəmiyyətli dərəcədə artıb.
“Bu cür saxta elektron poçt və məktubların müəllifləri “Greencard” proqramının ərizəçilərindən ödəniş əldə etmək istəyirlər. Bunun üçün özlərini ABŞ hökumətinin nümayəndəsi kimi təqdim edirlər”, - deyə səfirliyin müraciətində qeyd olunub.
Bildirilib ki, bundan əlavə, yerli viza təşkilatları, “Greencard” proqramına daxil etmək məqsədi ilə şəxsi məlumatları vermək üçün müraciət edə bilərlər. Səfirlik bəyan edib ki, bu təşkilatlar təşkilatlar yalnız öz maraqlarını güdür:
“ABŞ səfirliyi heç bir yerli “Greencard” təşkilatı ilə çalışmır və ya dəstək göstərmir”.
ABŞ səfriliyi vurğulayıb ki, “Greencard” qazanmaq istəyənlər yalnız Dövlət Departamentinin rəsmi saytı (http://www.dvlottery.state.gov) vasitəsilə, heç kimə ödəniş ödəmədən ərizələrini göndərə bilərlər.
Oxunub: 450
Oxşar xəbərlər
- Abşeronda hərbi sursat aşkarlanıb
- ABŞ-da atışma olub, ölən və yaralananlar var
- ABŞ səfirliyi Anım Günü ilə bağlı Azərbaycana başsağlığı verib
- Abşeronda kişi qısqanclıq zəminində bıçaqlanıb
- ABŞ Qarabağla bağlı narahatlığını bildirib
- ABŞ dünya ictimaiyyətini meymunçiçəyi ilə mübarizə aparmağa çağırır
- ABŞ-da paradda atışmada ölənlərin sayı 7 nəfərə çatıb
- ABŞ və İran nümayəndələri arasında danışıqlar davam etdiriləcək
- Abşeronda quldurluq edən iki nəfər saxlanılıb
- ABŞ-da yük maşınında 46 nəfərin meyiti aşkarlanıb