Ağcabədidə yanğın


15:14     17 Noyabr 2015 fhn-yangin.jpg

Ağcabədidə yanğın hadisəsi qeydə alınıb.


Femida.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Ağcabədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 54 kv.m olan ərzaq mağazasının lambirdən ibarət tavanı yanıb.

Bitişik digər mağazalar yanğından mühafizə olunub. Yanğın saat 01:09-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Açar sözlər:

Oxunub: 834