Bu kitab 110 min dollara satıldı
12:38 09 Oktyabr 2019
Dünyaca məşhur müğənni Rihanna kitab çıxarmaq qərarına gəlib.
“The Rihanna Book” bu gündən etibarən satışa çıxarılıb.
504 səhifədən ibarət kitabın böyük bir hissəsi fotolardan ibarətdir. 1000 fotoda sənətçinin qastrol səfərləri, ailəsi, dostları, səhnəarxası görüntüləri yer alıb.
“İnanılmaz fotolardan ibarət kitabı sizinlə paylaşdığım üçün çox həyəcanlıyam. Kömək göstərən fotoqraflara, rəssamlara minnətdaram. Bu kitab üzərində beş ildən çoxdur çalışırıq və hamıyla bölüşdüyüm üçün çox xoşbəxtəm”,- deyə Rihanna bildirib.
Bundan əlavə, kitab klassik Rihanna versiyasının yanında “Rihanna: Fenty x Phaeton”, Rihanna tərəfindən özəl olaraq imzalanan “Rihanna: Luxury Supreme” və “Rihanna: Ultra Luxury Supreme” adlı üç fərqli nüsxədə çap ediləcək.
Sadəcə 10 ədəd nəşr edilən imzalı “Rihanna: Ultra Luxury Supreme” kitabı auksionda 110 min dollara Kardi B satın alıb.
Sadə kitabların qiyməti isə 177 dollaradır.
Femida.az
Oxunub: 3525
Oxşar xəbərlər
- Bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyidir
- Bütün meymunları öldürən virus aşkarlanıb
- Bu gündən icbari avtomobil sığortası üzrə haqlar yeni qayda ilə hesablanacaq
- Bu gün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək
- Bu gün Azərbaycanda Anım Günüdür
- Bu sayda erməni meyiti Azərbaycandadır
- Bu ərazilər Ordumuzun nəzarətinə keçdi - RƏSMİ
- Bu gündən uşaq bağçalarına elektron qəbul başlayır
- Bu gün II qrupa qəbul imtahanı keçiriləcək
- Bu gün III qrupa qəbul imtahanı keçirilir