Bakıda binadan atıldığı deyilən şəxsin intihara cəhd etdiyi məlum olub


12:45     09 Oktyabr 2019 19_10_09_1570610752.jpg


Bakıda yaşayış binasının 5-ci mərtəbəsindən atıldığı deyilən şəxsin intihara cəhd etdiyi məlum olub.


Femida.az APA-ya istinadən xəbər verir ki, 1999-cu il təvəllüdlü Əzizov Emin Vasif oğlu oktyabrın 8-də 5 mərtəbəli binanın sonuncu mərtəbəsindən özünü ataraq intihara cəhd edib. Araşdırmalar zamanı son günlər ərzində onda psixi pozuntular müşahidə olunub.

Hadisədən dərhal sonra hüquq-mühafizə orqanları tərəfindən hadisə yerinə baxış keçirilib, zəruri istintaq hərəkətləri yerinə yetirilib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 468