Koçaryan əməliyyat olundu


12:48     09 Oktyabr 2019 19_10_09_1570610947.jpg


Ermənistanın sabiq prezidenti Robert Koçaryan əməliyyat olunub.


Femida.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, Yerevanın “İzmirlyan” klinikasında cərrahi müdaxiləyə məruz qalıb.

Koçaryan son 10 gündə 3 dəfə tibbi müayinə keçmişdi.

“Bəli Koçaryan əməliyyat olunub. Hər şey normaldır”- deyə eks-prezidentin ofisinin rəhbəri Viktor Soqomonyan açıqlama verib.

Robert Koçaryan Xüsusi İstintaq Xidməti tərəfindən 2008-ci il 1 mart hadisələri zamanı etirazçılara atəş açmaq əmri verməkdə ittiham olunur.

Femida.az

Açar sözlər:

Oxunub: 565