Səhiyyə nazirindən əhalinin sağlamlığına dair mühüm əmr
12:52 09 Oktyabr 2019

Səhiyyə naziri Oqtay Şirəliyev "2019-2020-ci ilin payız-qış mövsümündə Respublikada qrip və kəskin respirator xəstəliklərə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə" Əmr imzalayıb.
Nazirlikdən Femida.az-a verilən məlumata görə, sənəddə 2019-2020-ci ilin payız-qış mövsümünün başlanması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlərin, həmçinin infeksiya üzərində epidemioloji monitorinqin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tibb idarə və müəssisələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Əhali arasında qrip və kəskin respirator virus xəstəliklərinin profilaktikası məqsədi ilə sanitariya-maarifi işinin aparılması, ümumtəhsil və məktəbəqədər uşaq müəssisələrində tibbi müşahidələr aparılmasının təşkili, qripə şübhəli xəstələrin, xüsusən uşaqlar və yaşlı əhalinin hospitalizasiyası üçün xüsusi palataların ayrılmasının təmini, zəruri hallarda tibb müəssisələrində məhdudlaşdırıcı rejimin tətbiqi, tibb personalının fərdi qoruyucu vasitələrdən (maskalardan) istifadə edilməsinin təmini göstərişləri Əmrdə əks olunub.
Əmrdə eyni zamanda, profilaktik dezinfeksiya işlərinin gücləndirilməsi, qrip və kəskin respirator virus xəstəliklərinin müalicəsi üçün dərman preparatlarının ehtiyatının yaradılması, Respublikanın şəhər və rayonlarının gigiyena və epidemiologiya mərkəzlərinin rəhbərlərinə ümumtəhsil və məktəbəqədər uşaq müəssisələrində, habelə tibb müəssisələrində sanitariya-gigiyena norma və qaydalarına, dezinfeksiya rejiminə ciddi riayətin gücləndirilməsi kimi əhəmiyyətli göstərişlər də verilib.
Femida.az
Oxunub: 203
Oxşar xəbərlər
- Səhiyyə Nazirliyinin Böyrək transplantasiyası üzrə Baş mütəxəssisi təyin olunub
- Səhiyyə müəssisələrinə təcili yardım maşınları verilib
- Səhiyyə Nazirliyi tələbələrin etirazına münasibət bildirdi
- Səhiyyə Nazirliyi adından saxta e-mail yaradılıb
- Səhiyyə Nazirliyi və UNİCEF ana olmağa hazırlaşan qadınlara müraciət edib
- Səhiyyə Nazirliyi bu qida əlavələrinə mənfi rəy verdi – SİYAHI
- Səhiyyə işçilərinin də əməkhaqqı artırılacaq - Komitə sədri
- Səhiyyə işçiləri ilə görüş olub
- Səhiyyə Nazirliyindən aksiya keçirən şəxslə bağlı açıqlama - "İttihamlar əsassızdır"
- Səhiyyə Nazirliyi çimərliklərdə monitorinqə başlayıb