Qusarda 5 ton kartof oğurlanıb


13:20     09 Oktyabr 2019 2018/05/kartofff_1526991502.jpeg

Qusarda oğurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 5-də T.Nəzirova məxsus torpaq sahəsindən 5 ton kartof oğurlamaqda şübhəli bilinən Yasab kənd sakinləri İ.Cəfərov, V.Pirov, Ə.Balasultanov və Ə.Məmmədov saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 525