Beyləqanda döyülərək öldürülən 18 yaşlı qızın kimliyi məlum oldu


15:04     09 Oktyabr 2019 19_10_09_1570619193.jpg


Beyləqan rayonunda 18 yaşlı qız küçədə huşsuz vəziyyətdə tapılıb.


Gənc qız rayonun Kəbirli kəndi ərazisində yerli sakinlər tərəfindən aşkarlanıb.

Gənc qızın kənd sakini olmadığı və naməlum şəxslər tərəfindən döyülərək əraziyə atıldığı bildirilir. Hadisə yerinə hüquq-mühafizə orqanalrının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb edilib. Gənc qız ağır vəziyyətdə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır. / Report

Femida.az

Açar sözlər: #Beyləqan   #qız  

Oxunub: 5435