Polad Bülbüloğlu: Təəssüf ki, Rusiyada hamı TÜRKSOYa müsbət yanaşmır

Polad Bülbüloğlu: "Təəssüf ki, Rusiyada hamı "TÜRKSOY"a müsbət yanaşmır"


16:01     09 Oktyabr 2019 polad0.jpg

"Müasir şərtlərdə postsovet dövlətlərinin siyasətində Avrasiya vektoru getdikcə daha çox əhəmiyyət kəsb etməyə başlayır".


Bunu Rusiya Dövlət Dumasında keçirilən Avrasiya inteqrasiyasında "Altay vektoru" adlı dəyirmi masada çıxış edən Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu deyib.

Onun sözlərinə görə, Avrasiya inteqrasiya prosesində Altay faktoru xüsusi rol oyanamağa başlayıb: "Əsrlər, hətta min illiklər boyu Altay bir çox xalqların əməkdaşlıq mərkəzi olub. Altayda həmin xalqların mədəni müxtəlifliklərinin elementləri birgə xəzinədə toplanıb. 1992-ci ildə Azərbaycan tərəfinin təşəbbüsü, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistan Mədəniyyət nazirliklərinin dəstəyi və iştirakı ilə türkdilli ölkələrin mədəniyyətlərini birləşdirən Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı olan TÜRKSOY yaradılıb. TÜRKSOY-un əsas məqsədi türk xalqları arasında əməkdaşlığın qorunub saxlanılması, inkişafı, gələcək nəsillərə ötürülməsi olub. Təəssüflər olsun ki, Rusiyada hamı bu təşkilata müsbət yanaşmır, baxmayaraq ki, bu TÜRKSOY siyasətdən kənardadır və sırf mədəni xarakter daşıyır. Ona görə də Avrasiya məkanı türkdilli mədəniyyətsiz ola bilməz".

Diplomat Altayın təkcə türkdilli xalqların vətəni olmadığını da xatırladıb: "Ənənəvi Altay dil ailəsini türk, monqol, tunqus-mancur, koreya və yapon-ryukyusk qollarına bölürlər. Hesab olunur ki, bütün bu xalqlar öz başlanğıcını Altaydan götürüblər. Onlar nə vaxtsa dünyaya səpələniblər və planetin hər küncünə öz mədəniyyətlərini, adət-ənənələrini yayıblar. İndi həmin daşları bir yerə toplamağın vaxtıdır. Fürsətdən istifadə edib, demək istəyirəm ki, bizlərdən bir çoxunun ümumi kökləri, ümumibəşəri inkişaf yolu var".

Femida.az

Açar sözlər:

Oxunub: 134