Kimya üzrə Nobel mükafatının qalibləri açıqlandı


19:01     09 Oktyabr 2019 2019/10/c03112f8e3d2cfe11778191b2f1d7a5e_1570624733.jpg

2019-cu il Kimya üzrə Nobel mükafatı qaliblərinin adları açıqlanıb.
Femida.az-ın Nobel Komitəsinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, mükafat John B.Goodenough, M.Stanley Whittingham və Akira Yoshinoya verilib.

Onlar litium-ion batareyalarının inkişafına görə Nobel mükafatına layiq görülüblər.

Qeyd edək ki, qaliblərin mükafatlandırma mərasimi ənənəyə uyğun olaraq dekabrın 10-da Alfred Nobelin vəfatı günü keçiriləcək. Beş mükafatdan 4-ü Stokholmda, Sülh üzrə Nobel mükafatı isə Osloda təqdim olunur. 2018-ci ildə Nobel mükafatlarının hər birinin məbləği 9 milyon İsveç kronu təşkil edib.

Femida.az

Açar sözlər:

Oxunub: 199