Evdən qaçan ana və qızı tapıldı


19:19     09 Oktyabr 2019 2019/10/35dd21c78ac6fcc5ff986c09330e6358_1570624845.jpg


Ucar rayonunda evdən qaçan ana və qızı tapılıb.

Bu barədə Daxili İşlər Nazirliyindən Femida.az-a məlumat verilib.

Məlumatda bildirilir ki, oktyabrın 2-də səhər saat 10 radələrində evdən çıxıb bir daha geri qayıtmayan Ucar rayonu, Qaracallı kənd sakini Samirə Xəlilova və qızı Zəhra Xəlilova tapılıb. Lent.az -a daxil olan xəbərə əsasən, Samirə Xəlilova 3-4 gün bundan əvvəl özü könüllü şəkildə Ucar Rayon Polis İdarəsinə gəlib. Buna səbəb isə, onun evdən qaçması ilə bağlı mediada məlumatların dolaşması olub. Polisə könüllü şəkildə gələn Samirə Xəlilova bu müddət ərzində harada qalması ilə bağlı məlumat verməyib.


Femida.az

Açar sözlər:

Oxunub: 545