Azərbaycanla ABŞ arasında miqrasiya sahəsində əməkdaşlıq müzakirə edilib
19:30 09 Oktyabr 2019

Xarici işlər nazirinin müavini Nadir Hüseynov ölkəmizdə işgüzar səfərdə olan ABŞ-ın Daxili Təhlükəsizlik Departamentinin İmmiqrasiya və Gömrük Xidmətinin Direktor müavini Marlen Pineironun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Xarici İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, görüşdə həmçinin ABŞ-ın Azərbaycandakı səfiri Earle Litzenberger və Azərbaycan Xarici İşlər Nazirliyinin Konsuluq İdarəsinin rəisi, səfir Faiq Bağırov iştirak edib.
Görüş zamanı iki ölkə arasında mövcud siyasi, humanitar və digər sahələrdə münasibətlərin hazırkı durumu haqqında fikir mübadiləsi aparılıb, qanuni miqrasiya və qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində qarşılıqlı maraq doğuran məsələlər və əməkdaşlıq perspektivləri müzakirə edilib.
N.Hüseynov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə qarşı tərəfə məlumat verib.
Tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Femida.az
Oxunub: 733
Oxşar xəbərlər
- Azərbaycanla Türkiyə arasında daha 4 sənəd imzalanıb
- Azərbaycanla Türkiyə arasında preferensial ticarətə dair Saziş martın 1-dən qüvvəyə minəcək
- Azərbaycanla Türkiyə arasında 11 saziş imzalanıb
- Azərbaycanla Ermənistan arasında əsirlərin növbəti mübadiləsi baş tutub
- Azərbaycanla Rusiya arasında yeni layihələrin başlayacaq
- Azərbaycanla Pakistan arasında hərbi əməkdaşlıq müzakirə edildi
- Azərbaycanla Ermənistan arasında əsir və girovların qarşılıqlı qaytarılmasına başlanılıb
- Azərbaycanla Rusiya arasında uçuşların bərpası gözlənilir
- Azərbaycanla ÜST arasında Donor Sazişi imzalandı
- Azərbaycanla əməkdaşlıq sazişi təsdiqləndi