"Azercosmos"a yeni baş kommersiya direktoru təyin olunub


19:43     09 Oktyabr 2019 2019/10/985d9db5f9aa8f4_1570625109.jpg

Mark Qusriye (Mark Guthrie) “Azercosmos” ASC-nin baş kommersiya direktoru vəzifəsinə təyin olunub.

“Azercosmos”dan Femida.az-a verilən məlumata görə, Böyük Britaniyada və ABŞ-da satış əməliyyatları və peyk xidmətləri üzrə təcrübəyə malik olan M. Qusriye həm regional, həm də beynəlxalq səviyyədə “Azercosmos”un uzunmüddətli kommersiya strategiyasına istiqamət verəcək və şirkətin satış potensialının artırılmasına dair səlahiyyətləri yerinə yetirəcək.

O, bu ilin oktyabr ayından etibarən “Azercosmos”un Bakı ofisində fəaliyyətinə başlayıb.

M. Qusriye karyerasına İngiltərənin “British Telecom” şirkətində başlayıb. Daha sonra o Avropanın aparıcı peyk operatoru “SES” şirkəti tərəfindən alınan “Europe Star” və “Verestar” şirkətlərində rəhbər vəzifələrdə işləyib. Fəaliyyətini SES şirkətinin ABŞ və Böyük Britaniyadakı ofislərində peyk xidmətlərini idarə etmək, satış əməliyyatlarını aparmaq və “Men adası”nda peyk xidmətlərinin icarəsi üzrə rəhbər vəzifələrdə davam edib. Mark 2013-cü ildən KVH qlobal mobil rabitə xidmətləri təklif edən şirkətdə Satış üzrə vitse-prezident vəzifəsinə təyin edilib və bir müddətdən sonra KVH şirkətinin Asiya-Sakit okean bölgəsi üzrə Birinci vitse-prezident olub.

M. Qusriye Nottinqem Trent Universitetindən “Elektrik və Elektron Mühəndisliyi” üzrə bakalavr və magistr dərəcələri alıb. O, həmçinin, İngiltərənin Henley İdarəetmə Kollecində M.B.A. üzrə təhsilini davam etdirib.

Femida.az

Açar sözlər:

Oxunub: 533


Oxşar xəbərlər