Bakıda bu rayonlardan internetə daha çox giriş olur
19:56 09 Oktyabr 2019
Bakıda internet istifadəçilərinin sayı çox olan rayonlar məlum olub.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Femida.az-a paytaxt üzrə ən çox internetdən istifadə edən ilk üç rayonun adını açıqlayıb.
Məlumata görə, "Baktelecom"un xidməti ərazisinə daxil olan Yasamal, Nizami və Sabunçu rayonlarında internet abunəçilərinin sayı çoxluq təşkil edir.
Respublika üzrə isə "Aztelekom" abunəçilərinin sayı Abşeron rayonu, Gəncə şəhəri, Sumqayıt şəhərlərində daha çoxdur.
Nazirlik hazırda paytaxtda 17 park və məkanlarda “İctimai internet”in mövcud olduğunu da bildirib. Bunlar Dənizkənarı Milli Park – Bulvar, Dövlət Bayrağı Meydanı, Heydər Əliyev Mərkəzinin parkı, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, “Sahil” bağı, “Sabir” bağı, “Xaqani” bağı, “Axundov” bağı, “Zabitlər” parkı, Qış parkı, “Hüseyn Cavid” bağı, “Səməd Vurğun” bağı, “Muğan” bağı, “Fashion Avenue”, “Dədə Qorqud” parkı, “İzmir” parkı, “Nərimanov” parkıdır.
Femida.az
Oxunub: 792
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb
- Bakıda yaşayış binasında yanğın olub, xəsarət alan var
- Bakıda faciə: Ölənlər var
- Bakıda 16 yaşlı gənc sinəsindən bıçaqlanıb