Nazir Rusiyanın Azərbaycanda AES tikmək təklifini şərh edib

Nazir Rusiyanın Azərbaycanda AES tikmək təklifini şərh edib


16:51     09 Oktyabr 2019 perviz_shahbazov_121017.jpg

Azərbaycanda atom elektrik stansiyasının (AES) tikilməsi barədə Rusiyanın təklifi nəzərdən keçirilir, amma bununla bağlı konkret bir şey demək hələlik mümkün deyil.


Femida.az-ın məlumatına görə, bunu Energetika naziri Pərviz Şahbazov Azərbaycan-Qazaxıstan ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının 16-cı iclasında çıxış edərkən deyib.

Qeyd edək ki, Azərbaycan və Rusiya prezidentlərinin görüşündən sonra “Rosatom” şirkətinin baş direktoru Aleksey Lixaçov Rusiyanın Azərbaycana AES tikməyi təklif etdiyini demişdi. O əlavə etmişdi ki, Rusiya Azərbaycanda güclü stansiya tikməyi təklif edir.

Femida.az

Açar sözlər:

Oxunub: 142