BP rəhbəri: "Fevraladək neftin qiyməti 65 dollar səviyyəsində olacaq"
20:14 09 Oktyabr 2019
2020-ci ilin fevral ayınadək neftin bir barrelinin qiyməti 65 dollar səviyyəsində olacaq.
Femida.az “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə müsahibəsi zamanı bildirən BP-nin icraçı direktoru Robert Dadli OPEC+ ölkələrinin də neft bazarındakı qiymətlərlə bağlı hər hansı narahatlıq ifadə etmədiklərini dilə gətirib: “Qiymət həm istehlakçılar, həm də istehsalçılar üçün münasibdir. Lakin Venesuela və Liviyada baş verənlərdən çox şey asılıdır”.
Neft bazarında tarazlıq olduğunu bildirən BP rəhbəri daha sonra deyib: “Dünyada neftin həddən artıq olduğunu deməzdim. Əlbəttə, indi iqtisadi artım bir qədər yavaşlayıb, amma resesiya təhlükəsindən danışmaq çətindir. OPEC və OPEC+ qiymətlərə nəzarət baxımdan yaxşı iş görürlər. Fikrimcə, bütün bu sıçrayışlar olmasa, dünya daha sağlamdır”.
“Fitch” beynəlxalq reytinq agentliyi 2019-cu ildə neftin bir barelinin 65 dollara satılacağı barədə proqnoz vermişdi. Ekspertlərin fikrincə, Yaxın Şərqdə Küveyt və BƏƏ kimi bir çox OPEC üzvü ölkələr üçün belə qiymət əlverişlidir. Yalnız Səudiyyə Ərəbistanında büdcənin kəsirsiz olması üçün neftin qiyməti azı 80 dollar səviyyəsində olmalıdır.
Femida.az
Oxunub: 572
Oxşar xəbərlər
- Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşır
- Şəmkir və Neftçalada vəzifəli şəxslərə cinayət işi açılıb, bir nəfər həbs edilib
- G7 dekabra qədər Rusiya neftinə qiymət həddi tətbiq edə bilər
- Azərbaycan nefti 6 dollardan çox bahalaşıb
- Azərbaycan nefti 3 dollaradək bahalaşıb
- Neft bahalaşıb
- Azərbaycan neftinin qiyməti cüzi artıb
- Bakının Xəzər rayonunda neft oğruları peyda olub
- Neftçalada 49 yaşlı kişi tanışı tərəfindən bıçaqlanıb
- Azərbaycan nefti 2 dollardan çox ucuzlaşıb