Biləsuvar gömrüyündə ayaqqabıdan yarım kiloqram heroin tapıldı


20:35     09 Oktyabr 2019 19_10_09_1570637334.jpg


İranın şimal-qərbində yerləşən Ərdəbil vilayətinin Biləsuvar rayonu gömrük məntəqəsində Azərbaycan vətəndaşının üzərində 0,5 kq heroin aşkarlanıb.


Femida.az-ın məlumatına görə, bunu İranın Biləsuvar rayonu qubernatoru Həsən Qubadi deyib.

H.Qubadinin sözlərinə görə, bu şəxs heroini ayaqqabısında yerləşdiribmiş.

Qubernator narkotikin it tərəfindən aşkarlandığını deyib.

Qubadi əlavə edib ki, yayın əvvəllərindən bu it vasitəsi ilə Biləsuvar gömrüyündə bir neçə narkotik maddə aşkarlanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 192